
Slovakiya hakimiyyəti 23 fevraldan etibarən Ukraynaya təcili elektrik enerjisi təchizatını dayandırır.
Yeniavaz.com xəbər verir ki, bu barədə baş nazir Robert Fitso xalqa müraciətində danışıb.
“Bu gündən etibarən qayda qüvvədədir: əgər Ukrayna Slovakiyadan Ukrayna elektrik şəbəkəsinin sabitləşdirilməsində kömək istəsə, belə bir yardım almayacaq”, - Fitso deyib.
O bildirib ki, bu, Slovakiya hökumətinin heç bir beynəlxalq qayda və öhdəlikləri pozmadan atmaq hüququ olduğu ilk qarşılıqlı addımdır. Baş nazir Ukraynanın strateji xammal təchizatında Slovakiyanın maraqlarına zərər verməyə davam edəcəyi təqdirdə, ölkə hakimiyyətinin Ukraynanın Aİ üzvlüyü ilə bağlı mövqeyini yenidən nəzərdən keçirəcəyini və əlavə tədbirlər hazırlayacağını hədələyib.
Fitso elektrik enerjisi təchizatının kəsilməsini Ukrayna Prezidenti Volodymir Zelenskinin düşmən hərəkətləri ilə əlaqələndirib. Bu hərəkətlər arasında baş nazir Rusiya qaz tranzitinin və “Drujba” boru kəməri ilə neft təchizatının dayandırılmasını da qeyd edib.
Tətbiqimizi yükləyə bilərsiniz