
“Macarıstan, Avropa əsgərlərinin yerləşdirilməsi də daxil olmaqla, Ukraynadakı hərbi münaqişənin uzanmasına yönəlmiş istənilən Avropa İttifaqının planına qarşı çıxacaq”.
Yeniavaz.com xəbər verir ki, bunu Brüsseldə Aİ həmkarları ilə görüşdə iştirak edən Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.
O, qeyd edib ki, bu görüşdəki müzakirələr bir daha Aİ liderlərinin hərbi fanatizmini nümayiş etdirib:
“Bugünkü görüşdən dörd nəticə çıxarmaq olar: birincisi, avropalılar uzunmüddətli müharibəyə hazırlaşırlar; onlar uzunmüddətli müharibə aparmağa hazırdırlar. İkincisi, onlar əsgərlərini mümkün qədər tez Ukraynaya göndərmək istəyirlər. Üçüncüsü, onlar Ukraynaya indiyə qədər ayrılandan daha çox və hətta əvvəlcə ayrılması planlaşdırılandan daha çox pul vermək istəyirlər. Və dördüncüsü, onlar Ukraynanın Avropa İttifaqına üzvlüyündən qaçılmaz bir şey kimi danışırlar”.
Nazir qeyd edib ki, Macarıstan hər dörd maddə üzrə Aİ-ni rədd edir:
“Macarıstanın müharibədən kənarda qalmasını təmin etmək üçün hər gün bütün səylərimizi göstərəcəyik. Ukraynanı maliyyələşdirmək niyyətində deyilik və qoşunlarımızın ora göndərilməsinə icazə verməyəcəyik”.
Tətbiqimizi yükləyə bilərsiniz