
Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna ordusunun səfərbərlik sistemindən müqavilə sisteminə keçməyə hazır olduğunu bildirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə o, BBC telekanalına verdiyi müsahibədə qeyd edib.
Ancaq Zelenski əsas şərt kimi bu prosesin Avropa İttifaqı tərəfinndən (Aİ) maliyyələşdirilməsini təklif edib.
O, Rusiyada hərbçilərə müqavilə imzalandığı zaman ödəniş olunduğunu xatırladıb.
Zelenski qeyd edib ki, avropalılar hələlik bu proqramı maliyyələşdirmirlər.
Qeyd edək ki, Ukraynada ümumi səfərbərlik 2022-ci ilin fevral ayında elan edilib və o tarixdən indiyə kimi bir neçə dəfə uzadılıb. Əvvəlcə 27-60 yaş arası kişilər hərbi xidmətə çağırılırdısa, 2024-cü ilin aprelində səfərbərlik yaşı 25-ə endirilib.
Tətbiqimizi yükləyə bilərsiniz