
Ötən il Azərbaycanda ümumi sahəsi 4 milyon 629 min 527,7 kv. metr olan 35 min 390 yaşayış evi istifadəyə verilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, istifadəyə verilən yaşayış evlərinin 71,6%-i və ya 25 min 350-i fərdi yaşayış və bağ evləri olub.
Açıqlanan məlumatlarda bildirilir ki, ötən il yaşayış evlərinin tikintisinə 3 milyard 74,4 milyon manat vəsait sərf olunub.
Müqayisə üçün qeyd edək ki, əvvəlki illə müqayisədə istifadəyə verilən yaşayış evlərinin sayı kəskin artıb. Belə ki, 2024-cü ildə ümumilikdə 20 min 149 yaşayış evi istifadəyə verilib və onların da 11 min 522-si fərdi yaşayış evləri olub.
Onu da bildirək ki, əvvəlki illərdə olduğu kimi, ötən il ərzində də işğaldan azad olunan ərazilərdə tikilən yaşayış evləri rəsmi şəkildə istifadəyə verilməyib. İstifadəyə verilən yaşayış evləri ərazisi tam şəkildə işğalda olmayan Ağdam və Füzuli rayonlarında və 2023-cü ildə Ağdam, Kəlbəcər və Tərtər rayonlarından ayrılaraq yaradılan Ağdərə rayonlarında olub.
Son 5 ildə işğaldan azad olunan şəhər və rayonlarda istifadəyə verilən yaşayış evlərinin sahəsi aşağıdakı kimi olub:

Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz