
Maliyyəçi Ceffri Epşteyn fotoşəkilləri və kompüterləri hakimiyyət orqanlarından gizlətmək üçün ABŞ-də altı gizli anbar icarəyə götürüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti araşdırma apardığı sənədlərə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, müstəntiqlər bu binalarda axtarış aparmayıblar. Bu isə maliyyəçinin işi üzrə əvvəllər araşdırılmamış materialların mövcud olma ehtimalını açıq qoyur.
Qəzetin məlumatına görə, 2000-ci illərin ortalarında potensial axtarış barədə məlumat əldə edən Epşteyn özəl detektivlər işə götürüb. Onlar onun kompüterlərini başqa bir anbara köçürüb və ona Nyu-York şəhərində təhlükəsiz bir yer icarəyə veriblər. İddialara görə, onlara bu iş üçün on minlərlə dollar ödənilib.
Daha sonra, “The Telegraph” qəzetinin məlumatına görə, Epşteynin əməkdaşları kompüterləri və diskləri Vircin adalarından materikdəki gizli yerlərə daşımaq barədə müzakirə aparıblar.
Bu materialların bəzilərinin maliyyəçinin ilk elektron poçtlarını dərc etdiyi 2009-cu ildən əvvəlki dövrə aid olduğu güman edilir.
Tətbiqimizi yükləyə bilərsiniz