
Azərbaycanda ən yüksək əməkhaqqı mədənçıxarma sənayesinə xidmətlərin göstərilməsi sahəsində verilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən il mədənçıxarma sənayesinə xidmətlərin göstərilməsi sahəsində çalışan muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 4 min 646,6 manat təşkil edib.
Azərbaycanda ən aşağı əməkhaqqını isə məşğulluq fəaliyyəti sahəsində çalışanlar alıb. Ötən il bu sahədə orta aylıq əməkhaqqı 482,5 manat olub.
2025-ci ildə iqtisadi fəaliyyət növləri üzrə orta aylıq nominal əməkhaqqı aşağıdakı kimi olub:
Mədənçıxarma sənayesinə xidmətlər – 4646,6 manat;
Xam neft və təbii qaz hasilatı – 3788,4 manat;
Mədənçıxarma sənayesi – 3734,9 manat;
İdarəetmə və baş ofislər – 3297,6 manat;
Maliyyə fəaliyyəti – 2917,8 manat;
Sığorta və pensiya – 2917,3 manat;
Maliyyə və sığorta – 2891,6 manat;
Koks və neft məhsulları istehsalı – 2827,3 manat;
Qumar və mərc fəaliyyəti – 2777,5 manat;
Metal filizlərinin hasilatı – 2602,2 manat;
Hava nəqliyyatı – 2572,8 manat;
Su nəqliyyatı – 2413,3 manat;
Yardımçı maliyyə fəaliyyəti – 2272,1 manat;
Reklam və bazar araşdırması – 2267,1 manat;
Proqram təminatı və İT xidmətləri – 2195,3 manat;
Rabitə – 2152,7 manat;
Memarlıq və mühəndislik – 2120,8 manat;
İnformasiya xidmətləri – 1893,4 manat;
İnformasiya və rabitə – 1879,9 manat;
Kompüter, elektron və optik məhsullar – 1839,2 manat;
Peşə, elmi və texniki fəaliyyət – 1836,8 manat;
Kimya sənayesi – 1616,2 manat;
Nəqliyyat və anbar təsərrüfatı – 1558,6 manat;
Maşın və avadanlıqların təmiri – 1540,0 manat;
Dövlət idarəetməsi və müdafiə – 1517,5 manat;
Biznesə dəstək xidmətləri – 1446,9 manat;
Hüquq və mühasibat – 1420,3 manat;
Anbar və yardımçı nəqliyyat – 1413,4 manat;
Tütün məmulatlarının istehsalı – 1342,6 manat;
Əczaçılıq məhsulları istehsalı – 1285,2 manat;
İxtisaslaşdırılmış tikinti işləri – 1261,7 manat;
Yayım fəaliyyəti – 1242,2 manat;
Yerüstü və boru kəməri nəqliyyatı – 1223,7 manat;
Sosial təminatsız xidmətlər – 1219,9 manat;
Sosial xidmətlər – 1191,1 manat;
Elektrik avadanlıqları – 1186,2 manat;
Daşınmaz əmlak əməliyyatları – 1180,6 manat;
Tikinti – 1180,0 manat;
Mülki təyinatlı inşaat işləri – 1178,6 manat;
Metallurgiya sənayesi – 1164,5 manat;
Elektrik enerjisi, qaz və buxar – 1132,8 manat;
Yaşayış xidmətləri – 1132,4 manat;
İçki istehsalı – 1125,1 manat;
İqtisadiyyat üzrə – cəmi – 1102,9 manat;
Avtomobil və qoşqu istehsalı – 1102,2 manat;
İdman və əyləncə – 1093,3 manat;
Mədənçıxarma sənayesinin digər sahələri – 1081,9 manat;
Digər qeyri-metal mineral məhsullar – 1081,5 manat;
Elmi tədqiqatlar – 1079,4 manat;
Təhlükəsizlik xidmətləri – 1077,3 manat;
Maşın və avadanlıqlar – 1059,8 manat;
Təmir xidmətləri – 1053,4 manat;
Sair nəqliyyat vasitələri – 1045,0 manat;
Balıqçılıq və balıqyetişdirmə – 1021,4 manat;
Kirayə və lizinq – 1021,2 manat;
Kağız və karton istehsalı – 1019,5 manat;
Kitabxana və muzeylər – 1005,6 manat;
Emal sənayesi – 1002,8 manat;
Topdan və pərakəndə ticarət – 983,5 manat;
Topdan satış – 980,2 manat;
Turizm agentlikləri – 975,7 manat;
Nəşriyyat fəaliyyəti – 974,4 manat;
Səhiyyə və sosial xidmətlər – 939,2 manat;
Səhiyyə fəaliyyəti – 923,8 manat;
Hazır metal məmulatları – 888,3 manat;
İstirahət və incəsənət – 876,7 manat;
Rezin və plastmas məmulatları – 846,8 manat;
Təhsil – 810,6 manat;
Suyun yığılması və paylanması – 803,2 manat;
Toxuculuq sənayesi – 795,6 manat;
Baytarlıq fəaliyyəti – 791,2 manat;
Turizm və ictimai iaşə – 783,1 manat;
Digər tullantıların idarə edilməsi – 769,0 manat;
Su təchizatı və tullantılar – 766,8 manat;
Mədəni tədbirlər və incəsənət – 764,5 manat;
İnzibati və yardımçı xidmətlər – 738,3 manat;
Qida məhsulları istehsalı – 717,4 manat;
Poliqrafiya fəaliyyəti – 709,1 manat;
Sair sənaye məhsulları – 697,4 manat;
Kənd təsərrüfatı, meşə və balıqçılıq – 693,7 manat;
Tullantıların emalı və təkrar istifadəsi – 693,4 manat;
Bitkiçilik və heyvandarlıq – 687,1 manat;
Meşə təsərrüfatı – 682,0 manat;
Fərdi xidmətlər – 672,5 manat;
Qida və içki xidmətləri – 658,7 manat;
Poçt və kuryer fəaliyyəti – 653,5 manat;
Pərakəndə satış – 650,2 manat;
Ağacın emalı və məmulatlar – 617,6 manat;
Təmizlik və xidmətlər – 605,7 manat;
Dəri və ayaqqabı istehsalı – 569,0 manat;
Mebel istehsalı – 509,5 manat;
Çirkli suların emalı – 501,0 manat;
Geyim istehsalı – 496,5 manat;
Məşğulluq fəaliyyəti – 482,5 manat.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz