
“İran hələ də ABŞ ilə mümkün razılaşmanın mətnini hazırlayır və nüvə məsələsi üzrə müvəqqəti razılaşmanın bağlanması ehtimalı ilə bağlı məlumatları təsdiqləmir”.
Yeniavaz.com xəbər verir ki, bunu brifinqdə çıxış edərkən İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi deyib.
“Hazırda mümkün razılaşmanın mətnini hazırlamaq prosesindəyik”, - deyə bildirib.
O, həmçinin ABŞ ilə danışıqlar barədə müxtəlif xəbərləri spekulyasiya adlandırıb. Bəqayinin sözlərinə görə, Vaşinqtonla müvəqqəti razılaşmanın əldə edilməsi ehtimalı ilə bağlı iddialar əsassızdır.
Tətbiqimizi yükləyə bilərsiniz