
Fransa çempionu PSJ yarımmüdafiəçi Joao Neveşlə yeni müqavilə imzalayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti məlumat yayıb.
Məlumata görə, 21 yaşlı portuqaliyalı futbolçunun yeni müqaviləsi 2030-cu ilin yayına qədərdir.
Nəşrin yazdığına görə, onun maaşının da artacağı gözlənilir.
Qeyd edək ki, Neveş PSJ-yə 2024-cü ilin yayında “Benfika”dan keçib. O, hazırkı Fransa liqasında PSJ üçün 14 oyun keçirib, 5 qol vurub və bir məhsuldar ötürmə edib.
Tətbiqimizi yükləyə bilərsiniz