Adambaşına düşən müdafiə xərclərinə görə lider ölkələr açıqlandı


Adambaşına düşən müdafiə xərclərinə əsasən ölkələrin reytinqi təqdim edilib.
Yeniavaz.com
“Naked Science” portalına istinadla xəbər verir ki, siyahı Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) tərəfindən tərtib olunub.
SIPRI-nin məlumatına görə, İsrail 2024-cü il üçün adambaşına düşən 5000 dollarlıq müdafiə xərcləri ilə birinci olub.
Məlumata görə, bu rəqəm ölkədə məcburi hərbi xidmətin, eləcə də təhlükəsizlik xərclərinin mövcudluğunu əks etdirir.
Belə ki, qlobal standartlara görə, nisbətən aşağı ümumi hərbi büdcəyə baxmayaraq (təxminən 47 milyard dollar), İsrailin adambaşına düşən müdafiə xərcləri kifayət qədər yüksəkdir. 
Adambaşına düşən müdafiə xərclərinə görə, ikinci yeri ABŞ tutur. Birləşmiş Ştatlar adambaşına təxminən 2900 dollar xərcləyir ki, bu da onun nəhəng hərbi büdcəsini və çoxsaylı əhalisinin kombinasiyasını əks etdirir.
Müdafiəyə adambaşına 2600 dollardan çox pul xərcləyən Sinqapur isə siyahıda üçüncüdür.
İlk onluqda həmçinin, Səudiyyə Ərəbistanı (2400 dollar), Norveç (1900 dollar), Danimarka (1700 dollar), Ukrayna (1700 dollar), Küveyt (1600 dollar), Niderland (1300 dollar), Astraliya (1300 dollar), Böyük Britaniya (1200 dollar) və Finlandiya (1200 dollar) var.
Dünyada ən böyük ordusu ilə tanınan Rusiya 1000 dollarlıq müdafiə xərcləri ilə ilk iyirmilikdədir. Çin isə siyahıda Rusiyadan da xeyli aşağıdadır. Belə ki, onun ümumi hərbi xərcləri 300 milyard dolları keçməsinə baxmayaraq, adambaşına düşən müdafiə xərcləri cəmi 221 dollardır.

DİGƏR XƏBƏRLƏR

Top