CJNG Meksikanı “dağıdır” – Video


“El Menço” kimi tanınan Nemesio Osequera Servantesin öldürülməsindən sonra lideri olduğu CJNG narkotik kartelinin üzvləri Meksikanın bir çox ştatında təxribatlar törətməyə başlayıb.
Yeniavaz.com
xəbər verir ki, bunu əks etdirən kadrlar sosial şəbəkələrdə yayılıb.
Belə ki, onlar tikililəri və avtomobilləri yandırmağa, yolları kəsməyə, silahlı insidentlər törətməyə başlayıblar.

Qeyd edək ki, Meksikanın ən çox axtarılan şəxsi, “Xalisko Yeni Nəsil” (CJNG) narkotik kartelinin lideri Nemesio Osequera Servantes öldürülüb. “El Menço” kimi tanınan Servantes, bazar günü tərəfdarları ilə ordu arasında baş verən toqquşmalarda ağır yaralanıb və paytaxt Mexikoya aparılarkən vəfat edib.
Bildirilir ki, Xalisko ştatının Tapalpa şəhərində keçirilən əməliyyat zamanı dörd CJNG üzvü öldürülüb, üç ordu əməkdaşı isə yaralanıb. ABŞ-nin Meksikaya əməliyyata kömək edən məlumatlar verdiyi qeyd olunub.

DİGƏR XƏBƏRLƏR

Top