Muzdlu işçilərin təxminən 1/3-i marketlərdə işləyir


Bu ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda qeyri-dövlət (özəl) sektorunda işləyən muzdlu işçilərin sayı 942 min 239 nəfər olub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, son bir ildə özəl sektorda işləyən muzdlu işçilərin sayı 5,2% artıb.
Qeyd edək ki, özəl sektorunda işləyən işçilərin təxminən 1/3-i, yəni 323 min 306 nəfəri topdan və pərakəndə ticarət sahələrində çalışır. Bu işçilərin böyük əksəriyyəti – 240 min 470 nəfəri pərakəndə satış sektorunda işləyir.
Topdan və pərakəndə satış sektorundan sonra işçilər ən çox kafe-restoran (70 min 704 nəfər), binaların tikintisi (53 min 465 nəfər), qida məhsullarının istehsalı (37 min 265 nəfər), kənd təsərrüfatı (34 min 623 nəfər), maliyyə (30 min 169 nəfər) və səhiyyə (30 min 84 nəfər) kimi sahələrdə çalışırlar.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top