
Bu ilin əvvəlinə olan məlumata görə, Naxçıvan Muxtar Respublikasında muzdlu işçilərin (əmək müqaviləsi ilə işləyənlər) sayı 60 min 977 nəfər olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, son bir il ərzində Naxçıvanda muzdlu işçilərin sayı 0,3% azalıb. Belə ki, 2025-ci ilin əvvəlində Naxçıvanda 61 min 142 muzdlu işçi olub.
Məlumat üçün qeyd edək ki, azalma həm dövlət, həm də qeyri-dövlət sektorunda işləyənlərin sayında qeydə alınıb.
Naxçıvanda özəl sektorda işləyən muzdlu işçilərin sayı son bir il ərzində 63 nəfər azalaraq 23 min 112-yə, dövlət sektorunda işləyən muzdlu işçilərin sayı isə son bir il ərzində 102 nəfər azalaraq 37 min 865-ə düşüb.
Məlumat üçün bildirək ki, 2023-cü ildə Naxçıvan Muxtar Respublikasında muzdlu işçilərin sayı kəskin azalıb. Belə ki, 2023-cü il ərzində Muxtar Respublikada işçilərin sayı 45,9% azalaraq 110 min 261 nəfərdən 59 min 612 nəfərə enib. Növbəti – 2024-cü ildə muzdlu işçilərin sayında 2%-lik artım olsa da, ötən il yenidən azalıb.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz