Səfirlikdən Meksikadakı Azərbaycan vətəndaşlarına çağırış


Meksikadakı Azərbaycan Respublikasının Səfirliyi bu ölkədəki vətəndaşlarımıza müraciət ünvanlayıb.
Yeniavaz.com
xəbər verir ki, müraciət səfirliyin sosial media hesablarında dərc olunub.
“Meksikanın bəzi bölgələrində təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə əlaqədar olaraq, Meksikada səfərdə olan və ya müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarına Xalisko ştatı, eləcə də qonşu Miçioakan, Quanaxuato, Kolima, Aquaskalientes, Zakatekas və Nayarit ştatlarında yerli dövlət orqanları tərəfindən verilən təhlükəsizlik tövsiyələrini diqqətlə izləmələri və onlara ciddi şəkildə riayət etmələri tövsiyə olunur.
Vətəndaşlarımızdan ayıq-sayıq olmaları, şəxsi təhlükəsizlik qaydalarına əməl etmələri, kütləvi toplaşmalardan və riskli ərazilərdən uzaq durmaları, həmçinin yalnız rəsmi mənbələrdən yayımlanan məlumatları izləmələri xahiş olunur”, – məlumatda deyilir.
Səfirliyik məlumata Konsulluq şöbəsinin qaynar xətt nömrələrini də (+52 5511 907 092; +52 5555 404 109) əlavə edib.

DİGƏR XƏBƏRLƏR

Top