Sürücüsüz yük avtomobili 1600 km-lik məsafəni 15 saata gedib


ABŞ-nin avtonom idarəetmə texnologiyaları üzrə ixtisaslaşmış şirkəti “Aurora Innovation” Texas ştatının Fort-Uort şəhəri ilə Arizona ştatının Finiks şəhəri arasında 1600 kilometrlik marşrutda avtonom yük maşınlarını istismara verib.
Yeniavaz.com
xəbər verir ki, sürücüsüz tamamlanan ilk səfər bu tip yük maşını üçün indiyədək qeydə alınmış ən uzun marşrut kimi qiymətləndirilir.
Bildirilir ki, səfər təxminən 15 saat davam edib. Bu müddət ABŞ federal qanunvericiliyinə əsasən adi sürücülərin sükan arxasında fasiləsiz keçirə biləcəyi vaxtın təxminən yarısına bərabərdir. Mütəxəssislər bildirirlər ki, bu cür texnologiyalar mövcud vaxt məhdudiyyətlərini qanuni çərçivədə optimallaşdırmaqla logistika şirkətlərinə ciddi iqtisadi üstünlüklər qazandıra bilər.
Şirkət ilk kommersiya gəlirini 2025-ci ilin aprel ayında Texasda özünüidarəetmə yük maşınlarının satışa çıxarılmasından sonra əldə edib. “Aurora Innovation” ötən ilin dördüncü rübündə 1 milyon dollar, ümumilikdə isə il ərzində 4 milyon dollar gəlir əldə etdiyini açıqlayıb.
Şirkət 2026-cı ilin sonunadək donanmasını 30-dan 200 yük maşınına qədər genişləndirməyi planlaşdırır. Genişlənmə Texas və Nyu-Meksikodan Arizonaya, eləcə də Nevada, Luiziana və Florida ştatlarına xidmət göstərilməsini əhatə edəcək. Donanmanın əsasını tam muxtar “International LT” yük maşınları təşkil edəcək. Hazırda isə əməliyyatlar zamanı təhlükəsizlik məqsədilə kabinədə insan sürücülər də mövcuddur.
Mütəxəssislər hesab edirlər ki, bu təşəbbüs ABŞ-də yükdaşımaların avtomatlaşdırılması istiqamətində dönüş nöqtəsi ola bilər.

DİGƏR XƏBƏRLƏR

Top