
UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində “Nyukasl” ilə “Qarabağ” arasında İngiltərədə keçiriləcək oyunun hakim təyinatları açıqlanıb.
Yeniavaz.com xəbər verir ki, fevralın 25-nə planlaşdırılan qarşılaşmanı İtaliyadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Davide Massa olacaq. Ona yan xətdə Filippo Meli və Stefano Alassio kömək edəcəklər.
Dördüncü hakim vəzifəsini Luca Pairetto icra edəcək. VAR sistemində isə Daniele Chiffi və Christian Dingert fəaliyyət göstərəcək.
Xatırladaq ki, komandalar arasında keçirilən ilk oyunda “Qarabağ” rəqibinə 1:6 hesabı ilə uduzub.
Tətbiqimizi yükləyə bilərsiniz