
Fevralın 22-də “Rosaviasiya” tərəfindən Moskvanın dörd əsas hava limanında təyyarələrin gəlişi və uçuşuna müvəqqəti məhdudiyyətlər tətbiq olunub.
Yeniavaz.com xəbər verir ki, məhdudiyyətlər Vnukovo hava limanı, Şeremetyevo hava limanı, Domodedovo hava limanı və Jukovski hava limanı hava limanlarını əhatə edib.
Hadisə ilə bağlı Moskva meri Sergey Sobyanin açıqlama verərək bildirib ki, Rusiyanın hava hücumundan müdafiə sistemləri paytaxta doğru uçan 10 pilotsuz uçuş aparatını (PUA) məhv edib. Onun sözlərinə görə, təhlükəsizlik tədbirləri çərçivəsində məhdudiyyətlər tətbiq olunub.
Tətbiqimizi yükləyə bilərsiniz