
Bu ilin fevral ayının 1-ə olan məlumata görə, Azərbaycanda 279,3 min nəfər işsiz şəxs olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, son bir ay ərzində ölkədə işsizlərin sayı təxminən 200 nəfər artıb.
Məlumat üçün bildirək ki, bu ayın əvvəlinə olan məlumata görə, iqtisadi fəal əhalinin sayı 5 milyon 384,9 min nəfər olub, onların 5 milyon 105,6 min nəfərini məşğul (işləyən) əhali təşkil edib.
Qeyd edək ki, Azərbaycanda işsizlərin sayı son 20 ildə ən yüksək səviyyəyə 2021-ci ilin əvvəlində çatıb. Qeyd olunan tarixdə ölkədə 375,9 min işsiz olub. Ən aşağı işsizlik səviyyəsi isə 2014-cü ilin əvvəlində qeydə alınıb. 1 yanvar 2014-cü il tarixində ölkədə 236,6 min işsiz olub.
Onu da qeyd edək ki, 2026-cı ilin fevral ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınan işsiz şəxslərin sayı 245,6 min nəfər olub və onların 51,9%-ini qadınlar təşkil edib.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz