Azərbaycanda hansı mənbələrdən nə qədər elektrik enerjisi istehsal edilib?


Bu ilin yanvar ayında Azərbaycanda əmtəəlik elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 3,5% azalaraq 2 milyard 186,6 milyon kVt/saat olub.
Yeniavaz.com
 açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, istehsal olunan elektrik enerjisinin 90,5%-i və ya 1 milyard 978,6 milyon kVt/saatı İstilik Elektrik Stansiyalarının (İES), 6,1%-i və ya 133,4 milyon kVt/saatı Su Elektrik Stansiyalarının (SES), 2,6%-i və ya 56,1 milyon kVt/saatı Günəş Elektrik Stansiyalarının (GES), 0,8%-i və ya 18,5 milyon kVt/saatı isə Külək Elektrik Stansiyalarının (KES) payına düşüb.
Ötən ilin eyni dövrü ilə müqayisədə İES-lərdə istehsal olunan elektrik enerjisi 2,5%, SES-lərdə istehsal olunan elektrik enerjisi isə 38,5% azalıb. GES-lərdə istehsal olunan elektrik enerjisi 15,6%, KES-lərdə istehsal olunan elektrik enerjisi isə 21,6 dəfə artıb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top