
Kəskin respirator xəstəliklər zamanı istifadə edilən diş fırçalarında yığılan bakteriyalar soyuqdəymənin təkrarlanmasına səbəb ola bilər.
Yeniavaz.com xəbər verir ki, bunu ispan həkim Devid Kallexo “Deia” qəzetinə verdiyi açıqlamada deyib.
O bildirib ki, diş fırçaları soyuqdəymə, ishal və ya digər ağız infeksiyaları zamanı patogenlərin çoxalması üçün “lüks otellər”dir:
“Dişləri fırçalayarkən bakteriyalar, ağızdan çıxan diş ərpi ilə birlikdə, fırçanın üzərində “məskunlaşır”. Fırça nə qədər uzun müddət istifadə olunarsa, üzərində bir o qədər çox bakteriya əmələ gəlir. Bundan əlavə, vanna otağındakı rütubətli mühit mikroorqanizmlərin çoxalmasını əlavə olaraq sürətləndirir”.
Həkim xəbərdarlıq edib ki, sağaldıqdan sonra diş fırçanızı dəyişdirməsəniz, xəstəlik təkrarlana bilər:
“İnfeksiyadan sonra eyni diş fırçasından istifadə etməyə davam etmək duş qəbul edib sonra çirkli alt paltarı geyinmək kimidir”.
Kallexo həmçinin qeyd edib ki, yoluxmuş şəxsin diş fırçasını digər ailə üzvlərinin diş fırçaları ilə eyni qabda saxlaması çarpaz infeksiya riskini artırır.
Tətbiqimizi yükləyə bilərsiniz