İki ölkədən vətəndaşlarına xəbərdarlıq: “Fürsətiniz varkən, İranı tərk edin”


Almaniya Xarici İşlər Nazirliyi Almaniya vətəndaşlarını hərbi eskalasiya riski səbəbindən dərhal İranı tərk etməyə çağırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.
Bildirilib ki, departament, münaqişə baş verəcəyi təqdirdə, konsulluq yardımının məhdud olacağı barədə xəbərdarlıq edib.
Qeyd olunub ki, İran hakimiyyəti ikili vətəndaşlığı olanlara yardım göstərilməsinin qarşısını alır.
Nazirliyin məlumatına görə, qonşu ölkələrə kommersiya uçuşları hələ də davam etdirilir və ölkədən quru yolu ilə də çıxmaq mümkündür.
“İranda olan bir neçə yüz Almaniya vətəndaşı xüsusi böhran siyahısında qeydiyyatdadır. Xarici İşlər Nazirliyi vəziyyətin “son dərəcə qeyri-sabit və gərgin” olduğunu, hava nəqliyyatına qəfil məhdudiyyətlərin qoyulmasının və hava məkanının bağlanmasının mümkün olduğunu vurğulayır”, - qəzetin məlumatında deyilir.
İsveçin xarici işlər naziri Maria Malmer Stenerqard da ölkə vətəndaşlarını İranı tərk etməyə çağırıb.
“İranda və regionda vəziyyət son dərəcə qeyri-müəyyəndir, ona görə də İrana səyahət etməməyi məsləhət görürəm və ölkədə olan İsveç vətəndaşlarını oradan çıxmağa çağırıram. Hələ ki, fürsətiniz varkən, indi İranı tərk etməlisiniz”, - deyə o bildirib.

DİGƏR XƏBƏRLƏR

Top