Martda İran və ABŞ arasında razılaşma əldə oluna bilər


İran və ABŞ arasında növbəti danışıqlar mart ayında baş tuta bilər.
Yeniavaz.com
xəbər verir ki, bunu İranın yüksək vəzifəli rəsmisi “Reuters” agentliyinə deyib.
“Danışıqlar davam edir və müvəqqəti razılaşmanın əldə edilməsi ehtimalı var”, - deyə o bildirib.
O qeyd edib ki, rəsmi Tehran və Vaşinqton İrana qarşı sanksiyaların ləğvinin əhatə dairəsi və mexanizmi ilə bağlı fərqli fikirlərə malikdirlər:
“Tehran yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarının bir hissəsini ixrac etməyi, onun səviyyəsini aşağı salmağı və regional uran zənginləşdirmə konsorsiumu yaratmağı ciddi şəkildə nəzərdən keçirə bilər. Bunun müqabilində İranın dinc məqsədlərlə uran zənginləşdirməsi hüququ tanınmalıdır”.

DİGƏR XƏBƏRLƏR

Top