Tramp bütün idxal mallarına tarifləri bir daha qaldırdı − 10%-dən 15%-ə


ABŞ Prezidenti Donald Tramp ABŞ Ali Məhkəməsinin qərarına cavab olaraq ABŞ-yə mal idxal edən bütün ölkələrə qarşı “qlobal tarif”i 10%-dən 15%-ə qaldırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ Prezidenti sosial şəbəkə hesabında məlumat yayıb.
“Mən, Amerika Birləşmiş Ştatlarının Prezidenti olaraq, onilliklər boyu (mən vəzifəyə gələnə qədər!) ABŞ-ni cəza almadan “soyan” ölkələrə qarşı 10%-lik qlobal tarifləri dərhal tam səlahiyyətli və qanuni cəhətdən əsaslandırılmış 15%-ə qaldırıram”, - Prezident yazıb.
Tramp əlavə edib ki, yaxın aylarda onun administrasiyası “Amerikanı yenidən böyük etmək” üçün yeni qanuni olaraq icazə verilən tarifləri müəyyən edəcək və tətbiq edəcək.
Xatırladaq ki, ötən gün ABŞ Ali Məhkəməsi Donald Trampın dünyanın əksər ölkələrinə birtərəfli qaydada tariflər tətbiq edərkən federal qanunu pozduğuna qərar verib. Məhkəmə qərara aldı ki, Tramp yalnız milli fövqəladə hallar halında tətbiq oluna bilən qanunu tətbiq etmək üçün Konqresin təsdiqini almalı idi. Daha sonra Tramp mövcud tariflərə əlavə olaraq bütün ABŞ idxalına 10 faiz tarif tətbiq edəcəyini açıqlayıb.

DİGƏR XƏBƏRLƏR

Top