
Ukraynada prezident seçkiləri 2026-cı ilin payızında, parlament seçkiləri isə 2027-ci ilin yazında keçirilə bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Inside”" nəşri məlumat yayıb.
Nəşrin Ali Radadakı mənbələrinə görə, deputatlar hətta silahlı münaqişə zamanı belə, bu il baş tuta biləcək seçkilərə hazırlıqları gücləndiriblər.
Bəzi partiya liderləri regional şöbələrinə prezident seçkilərinin 2026-cı ilin payızında, parlament seçkilərinin isə 2027-ci ilin yazında keçiriləcəyini bildiriblər. Hərbi vəziyyət ləğv edilmədən, onların yalnız silahlı münaqişədən sonra deyil, həm də silahlı münaqişə zamanı keçirilməsi mümkündür.
Tətbiqimizi yükləyə bilərsiniz