
“Ukrayna, Rusiyadan “Drujba” boru kəməri vasitəsilə neft tədarükünü dayandırmaqla Macarıstana qarşı enerji silahından istifadə etməyə çalışır”.
Yeniavaz.com xəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orban bunu ölkənin cənub-şərqindəki Bekeşşaba şəhərində keçirilən görüşdə deyib.
“Ukraynalıların əlində enerji silahı var və indi onlar bundan şantaj üçün istifadə etmək qərarına gəliblər. Bu enerji silahı “Drujba” boru kəməri vasitəsilə Macarıstana neft tədarükünü dayandırmaqdan ibarətdir”, - baş nazir bildirib.
O, Budapeştin Kiyevin təhdidlərinə boyun əyməyəcəyinə əminlik verib:
“Macarıstanı şantaj etmək olmaz. Bizi dişləyən hər kəsin dişləri sınacaq”.
Macarıstanın məlumatlarına görə, 27 yanvardan bəri “Drujba” boru kəməri vasitəsilə MOL neft emalı zavodlarına neft çatdırılmayıb. Budapeşt əmindir ki, Kiyev Rusiyadan xam neftin tranzitini yalnız siyasi səbəblərə görə dayandırıb. Buna cavab olaraq Macarıstan Ukraynaya dizel yanacağı tədarükünü dayandırıb, Aİ-nin 90 milyard avroluq müharibə kreditini bloklyıb və elektrik enerjisi tədarükünü kəsməklə hədələyib.
Tətbiqimizi yükləyə bilərsiniz