“ABŞ İordaniyaya onlarla hərbi təyyarə yerləşdirir” − NYT


“ABŞ İordaniyadakı Müvəffəq Salti Hava Bazasına 60-dan çox hərbi təyyarə yerləşdirib”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti peyk görüntüləri və uçuş məlumatlarına əsasən məlumat yayıb. 
Bildirilib ki, bu, adətən orada yerləşən təyyarələrin sayından təxminən üç dəfə çoxdur. Qəzet qeyd edir ki, təyyarələr həmçinin anqarlarda saxlanıla bilər.
NYT-nin məlumatına görə, bazar günündən bəri bazaya ən azı 68 nəqliyyat təyyarəsi eniş edib. Bazada müşahidə edilən avadanlıqlar arasında beşinci nəsil F-35 qırıcı təyyarələri, dronlar və helikopterlər də olub. 
Nəşrin məlumatına görə, bu hərbi quruculuq ABŞ-nin Müvəffəq Salti Hava Bazasını İrana qarşı mümkün zərbələrin planlaşdırılması üçün əsas mərkəz hesab etdiyini göstərə bilər.
 

DİGƏR XƏBƏRLƏR

Top