“Kristal Pelas” Oliver Qlasneri işdən çıxara bilər


“Kristal Pelas” rəhbərliyi cari mövsümün sonuna qədər baş məşqçi Oliver Qlasnerin müqaviləsinə xitam verə bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Nəşrin məlumatına görə, menecer komandanın son zəif nəticələrinə görə işdən çıxarıla bilər. London klubu son 15 oyunda yalnız bir qələbə qazanıb.
Qeyd edək ki, Oliver Qlasner 2024-cü ildən bəri “Qartallar”a rəhbərlik edir. Onun rəhbərliyi altında klub 120 illik tarixində ilk böyük kubokunu  İngiltərə Kubokunu qazanıb.
 

DİGƏR XƏBƏRLƏR

Top