
ABŞ idxalına əlavə 10% tarif fevralın 24-ü qüvvəyə minəcək və 150 gün davam edəcək.
Yeniavaz.com xəbər verir ki, bu, Ağ Evin veb saytında dərc edilmiş açıqlamada bildirilib.
Orada bildirilir ki, əlavə tarif müəyyən vacib mineralların, enerji məhsullarının, təbii sərvətlərin, daxili istehsal olunmayan gübrələrin, müəyyən kənd təsərrüfatı məhsullarının, əczaçılıq məhsullarının, müəyyən elektronikanın, avtomobillərin və digər nəqliyyat növlərinin, eləcə də aerokosmik sənayedə istifadə olunan məhsulların idxalına şamil edilməyəcək. Bundan əlavə, ABŞ-Meksika-Kanada Sazişi ilə əhatə olunan milli təhlükəsizlik məhsullarının və malların idxalı əlavə tarifdən azaddır.
Qeyd edək ki, ötən gün Ali Məhkəmənin tarif mexanizminə qarşı qərarından sonra, ABŞ Prezidenti Donald Tramp bütün ölkələrdən idxala 10% tarif tətbiq edən icra sərəncamının imzalandığını elan edib.
Tətbiqimizi yükləyə bilərsiniz