Almaniya vətəndaşlarını İranı tərk etməyə çağırdı


Almaniya Xarici İşlər Nazirliyi ABŞ-nin mümkün hərbi hücum təhlükəsi ilə əlaqədar Almaniya vətəndaşlarına İranı tərk etməyə çağırıb.
Yeniavaz.com
xəbər verir ki, Almaniya XİN-in xüsusi nümayəndəsi bildirib.
O, qeyd edib ki, vəziyyət pisləşərsə, konsulluq xidmətu göstərmək faktiki olaraq mümkün olmayacaq.
“Məhdud olsa da, İranın qonşu ölkələrinə kommersiya uçuşları və hava səyahətləri açıq qalır və quru yolu ilə səyahət də mümkündür”, - XİN nümayəndəsi bildirib.
Qeyd edək ki, bundan əvvəl “The Wall Street Journal” qəzeti mənbələrə istinadla ABŞ-nin Tehranı nüvə sazişində Vaşinqton üçün əlverişli şərtləri qəbul etməyə təşviq etmək və eyni zamanda tammiqyaslı hücumdan yayınmaq üçün İranın hərbi və dövlət obyektlərinə məhdud hücum etməyi nəzərdən keçirdiyini xəbər vermişdi. Onların sözlərinə görə, belə bir hücum bir neçə gün ərzində həyata keçirilə bilər. CBS xəbər verir ki, əməliyyat 21 fevralda başlaya bilər.

DİGƏR XƏBƏRLƏR

Top