İran etirazlarda ölənlərin yeni siyahısını dərc etdi – 200 zabit var


İran hökuməti İranda son etirazlar zamanı həlak olan 3117 nəfərin tam siyahısını dərc edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi “X” sosial şəbəkə səhifəsində məlumat yayıb.
Onun sözlərinə görə, siyahıya həlak olan təxminən 200 zabit də daxil olub.
“Əgər kimsə məlumatlarımızın dəqiqliyini şübhə altına alırsa, xahiş edirik, hər hansı bir sübut təqdim etsin”, - İranın xarici işlər naziri əlavə edib.
Qeyd edək ki, İran hökuməti bundan əvvəl etirazlar zamanı həlak olan 2986 nəfərin adını dərc etmişdi.
Xatırladaq ki, 2025-ci ilin dekabr ayının sonlarında ölkənin milli valyutası olan İran rialının devalvasiyası ilə kütləvi etiraz aksiyaları başlamışdı.

DİGƏR XƏBƏRLƏR

Top