ABŞ-nin ilk hədəfi onlar ola bilər


ABŞ İranın Ali Dini Lideri Seyid Əli Xamenei və oğlu Müctəba Xameneinin aradan qaldırılması variantını nəzərdən keçirir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Axios” portalı ABŞ Prezidenti Donald Trampın adı açıqlanmayan müşavirinə istinadla məlumat yayıb.
Onun sözlərinə görə, Trampa İranla bağlı bir neçə variant təklif edilib. O cümlədən, Tramp administrasiyasının İrana simvolik şəkildə uranı zənginləşdirməyə icazə verən təklifi nəzərdən keçirməyə hazır olduğu bildirilib.
Portal qeyd edir ki, birinci variant İranın nüvə potensialını məhdudlaşdırmaq və müharibənin qarşısını almaq üçün razılaşmanın yolunu aça bilər.
ABŞ-nin yüksək vəzifəli rəsmisi “Axios”a bildirib ki, Tramp əsaslı və siyasi cəhətdən ölkə daxilində irəli sürə biləcəyi bir razılaşmanı qəbul etməyə hazır olacaq.
“Əgər iranlılar hücumun qarşısını almaq istəyirlərsə, bizə imtina edə bilməyəcəyimiz bir təklif verməlidirlər”, - o qeyd edib.
Amerika liderinin müşaviri həmçinin portala Pentaqonun da Trampa müxtəlif variantlar təqdim etdiyini bildirib.
“Onların hər bir ehtimal üçün bir planı var. Bir ssenari ayətullahın, onun oğlunun və mollaların aradan qaldırılmasıdır”, - deyə müşavir bildirib.
“Prezidentin hansı variant seçəcəyini heç kim bilmir. Düşünürəm ki, hələ o özü də bunu bilmir”, - deyə yüksək vəzifəli rəsmi əlavə edib.

DİGƏR XƏBƏRLƏR

Top