UEFA “Barselona”nı cərimələdi


UEFA Çempionlar Liqasının 7-ci turunda “Slaviya Praqa” ilə oyundan (2:4) sonra “Barselona”ya 30 500 avro cərimə tətbiq edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri UEFA-ya istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, “Barselona” azarkeşləri məşəl yandırdığına görə 15 500 avro cərimələnib.
Kataloniya klubu həmçinin komanda meydana gec çıxdığına görə 15.000 avro cərimə olunub.
Bu gecikmənin “Barselona”nın baş məşqçisi Hans Diter Fliklə bağlı olduğu bildirilir.
Baş məşqçi UEFA-dan xəbərdarlıq alıb və bu, potensial cəriməyə səbəb ola bilər.
Qeyd edək ki, “Barselona” Çempionlar Liqasının ümumi mərhələsinin nəticələrinə görə, 16 xal toplayıb və beşinci yeri tutub.

DİGƏR XƏBƏRLƏR

Top