
ABŞ Prezidenti Donald Tramp dünyanın bütün ölkələrinə 10% idxal tarifləri tətbiq edən sərəncam imzalayıb.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə “Truth Social” sosial şəbəkə hesabında məlumat verib.
“Oval Ofisdən bütün ölkələrə 10% qlobal tarif tətbiq edən və demək olar ki, dərhal qüvvəyə minən bir sərəncam imzaladığımı elan etməkdən böyük şərəf duyuram”, - deyə o qeyd edib.
Fevralın 20-də ABŞ Ali Məhkəməsi prezidentin xarici mallara tətbiq etdiyi tariflərin əksəriyyətini ləğv edib.
Hakimlər onun Fövqəladə İqtisadi Səlahiyyətlər Qanununa əsasən tarifləri tətbiq etmək səlahiyyətinin olmadığına qərar verilər.
Bununla yanaşı, Tarmp məhkəmənin tariflərlə bağlı mövqeyini sərt tənqid edib. O, tarif metoduna qarşı səs verən hakimlərin qərarını “gülünc” adlandırıb. Ağ Ev rəhbəri məhkəmənin qərarından məyus olduğunu bildirib və tariflərin birincisini elan etdiyi üçün başqa vasitələrlə tariflər tətbiq edəcəyinə əminliyini ifadə edib.
Digər tərəfdən, analitiklər Vaşinqtonun yeni tariflərdən artıq aldığı pulları geri qaytarmalı olacağından ehtiyat edirlər.
Tətbiqimizi yükləyə bilərsiniz