“ABŞ ordusu fevralın 21-i İrana zərbə endirməyə hazırdır” − CBS


“ABŞ Prezidenti Donald Trampa şənbə günü ordunun İrana qarşı döyüş əməliyyatlarına hazır olduğu barədə məlumat verilib”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə CBS mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, lakin, əməliyyat baş tutarsa, çox güman ki, bu həftə sonu olmayacaq.
Nəşr qeyd edir ki, Amerika lideri hələ mümkün zərbə ilə bağlı yekun qərar verməyib:
“Ağ Ev həm eskalasiyanın, həm də səssizliyin nəticələrini ölçür”.
Qeyd edək ki, son bir neçə gün ərzində ABŞ Yaxın Şərqə təxminən 70 hərbi yük təyyarəsi və təxminən 50 qırıcı təyyarə yerləşdirib. Bir aviadaşıyıcı zərbə qrupu Oman körfəzində, ikincisi isə Aralıq dənizində İsrail sahillərində yerləşdiriləcək.
 

DİGƏR XƏBƏRLƏR

Top