“Rusiya sübut etdi ki, onu qorxutmaq və ya qovmaq mümkün deyil” − Zaxarova


“Rusiya sübut etdi ki, onu qorxutmaq və ya hardansa qovmaq mümkün deyil”.
Yeniavaz.com
xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Vesti”yə verdiyi müsahibədə bildirib.
“Biz sübut etdik ki, sadəcə kimsə istədiyi üçün bizi qorxutmaq və ya hardansa qovmaq mümkün deyil”, - Zaxarova deyib.
Sözçü qeyd edib ki, Qərb şirkətləri 2022-ci ildə Rusiya bazarını tərk edərkən tez-tez Rusiya və xaricdəki Rusiya vətəndaşlarına qarşı təqiblərlə müşayiət olunurdular:
“Heç kim onları Rusiyadan qovmayıb. Mən Moskva, Sankt-Peterburq və digər şəhərlərdəki mağazaların vitrinlərinə baxıram - bir dəfə də olsun kiminsə mağazalarının və ofislərinin olduğu əraziləri lağa qoyduğunu və ya başqa cür vandalizm etdiyini görməmişəm. Əlbəttə ki, səhvlərini düzəldənə qədər onlarla iş həmişəki kimi olmayacaq”.
 

DİGƏR XƏBƏRLƏR

Top