
“Macarıstan Avropa İttifaqının Ukraynaya 90 milyard avroluq kreditini bloklayıb”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” (FT) qəzeti dörd mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, Macarıstanın Aİ-dəki daimi nümayəndəsi 20 fevralda kreditə etiraz edib. Belə bir qərar üçün bütün 27 Aİ üzv dövlətinin yekdil dəstəyi tələb olunur.
Nəşr vurğulayır ki, bu vəsaitlərin ayrılması olmadan Ukrayna bu ilin ikinci rübündə maliyyə çöküşü ilə üzləşəcək.
Tətbiqimizi yükləyə bilərsiniz