
“ABŞ Prezidenti Donald Tramp dünyanın əksər ölkələrinə birtərəfli qaydada tariflər tətbiq etməklə federal qanunu pozub”.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ Ali Məhkəməsi qərar verib.
Məhkəmə tariflərin qanunu aşdığı ilə razılaşıb. Altı hakim bu qərarın lehinə, üçü isə əleyhinə səs verib.
“Prezident iddia edir ki, birtərəfli qaydada məhdudiyyətsiz ölçüdə, müddətdə və əhatə dairəsində tariflər tətbiq etmək üçün fövqəladə səlahiyyətlərə malikdir", - hakimlər adından danışan Baş Hakim Con Roberts bildirib.
Lakin o, prezidentin tarifləri tətbiq etmək üçün Konqresin icazəsinə ehtiyacı olduğunu bildirib. Məhkəmənin qənaətinə görə, Trampın iddia etdiyi fövqəladə səlahiyyətlər qanunla ziddiyyət təşkil edir.
CNN mənbələrinə görə, Tramp Ali Məhkəmənin qərarını “rüsvayçılıq” adlandırıb. MƏnbələr bildirib ki, o, Ağ Evdə qubernatorlarla səhər yeməyi zamanı ehtiyat planı olduğunu bildirib.
Xatırladaq ki, Tramp 2025-ci ilin aprelində 180 ölkə və əraziyə tariflər tətbiq edəcəyini açıqlayıb.
Tətbiqimizi yükləyə bilərsiniz