
Türkiyə hüquq-mühafizə orqanları oyunlara qanunsuz mərc qoyulması ilə bağlı istintaq çərçivəsində Premyer Liqada oynayanlar da daxil olmaqla 11 futbol klubunun 32 hazırkı və keçmiş rəsmisini saxlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə NTV məlumat yayıb.
Bildirilib ki, əməliyyatlar cümə günü səhər ölkənin 10 əyalətində aparılıb. “Adana Demirspor”, “Antalyaspor” və “Alanyaspor” klublarının nümayəndələri saxlanılıb.
Qeyd edək ki, daha əvvəl Türkiyə Futbol Federasiyası (TFF) son beş ildə oyunlara qanunsuz mərc qoyuluşu ilə məşğul olan peşəkar klublardan 212 rəsmi şəxsi müəyyən edib. Bunlara 108 məşqçi və 104 klub meneceri daxil olub.
Tətbiqimizi yükləyə bilərsiniz