
“Ukrayna real kompromislərə hazırdır, lakin suverenlik və müstəqillik bahasına deyil”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Kyodo News”a verdiyi müsahibədə bildirib.
“Biz real kompromislərə hazırıq. Amma müstəqilliyimiz və suverenliyimiz bahasına kompromislərə yox. ABŞ ilə kompromislər barədə danışmağa hazırıq. Lakin ruslardan təkrarlanan ultimatumlar almağa hazır deyilik”, - Zelenski bildirib.
Onun sözlərinə görə, Ukraynanın kompromissi kompromislərə hazır olmasıdır:
“Kiyev Moskva ilə mövqe tutduğumuz yerdə dayanmaq prinsipi əsasında danışıqlar aparmağa hazırdır”.
Zelenski həmçinin Rusiyanın hansı güzəştlərə getməyə hazır olduğunu da soruşub.
Tətbiqimizi yükləyə bilərsiniz