Ən populyar smartfon brendləri açıqlandı


“Apple” 2025-ci ildə Avropa smartfon bazarında lider olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat “Counterpoint Research” (CR) şirkətinin hesabatında öz əksini tapıb.
2025-ci ilin dördüncü rübünün məlumatlarına görə, Avropada smartfon bazarı keçən illə müqayisədə 2 faiz artıb.
Bazarın geriləməsinə baxmayaraq, bu artımın əsas səbəbləri kimi “Apple”, “Samsung” və “Honor” şirkətlərinin böyük miqyaslı tədarükləri göstərilib.
“Apple” yenidən bazarın lideri kimi ortaya çıxaraq, rübü 33 faizlik payla başa vurub. 2024-cü ildə isə şirkətin payı cəmi 31 faiz olub.
“Samsung” əvvəlki illə müqayisədə 28 faizlik paya qarşı 29 faiz payla ikinci yeri tutub. “Xiaomi” isə üçüncü yerdə qərarlaşıb. Çin korporasiyasının payı il ərzində 18 faizdən 16 faizə düşüb. Onu müvafiq olaraq 4 və 3 faizlə digər Çin brendləri “Honor” və “Realme” izləyib.
Digər tərəfdən, fevralın əvvəlində “Counterpoint Research” analitikləri “Apple” və “Samsung” şirkətlərinin milyardlıq satış həddini keçdiklərini qeyd ediblər.
Onlar həmçinin qeyd ediblər ki, dünyada satılan hər dörd smartfondan biri “iPhone”dur.

DİGƏR XƏBƏRLƏR

Top