
Ötən il Azərbaycana xarici ölkələrdən 8 min 481,8 ton xurma idxal olunub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan xurmanın ümumi dəyəri 13 milyon 842,46 min dollar təşkil edib.
Apardığımız hesablama göstərir ki, idxal edilən xurmanın 1 kiloqramının orta gömrük dəyəri təxminən 1,6 dollar (2,8 manat) olub.
Ən çox xurma idxalı İrandan həyata keçirilib – 6 min 312 ton. Sonrakı yerlərdə Tunis (1 385 ton), İsrail (190 ton), Əlcəzair (187,6 ton) və Fələstin (159,9 ton) qərarlaşıb.
Ən az idxal isə Türkiyə (0,09 ton), Hindistan (0,09 ton) və Almaniyadan (0,04 ton) qeydə alınıb.
Qiymətlərə gəlincə, ən ucuz xurma əsasən İran və Tunisdən idxal edilib. Ən baha xurma isə Türkiyə, Fələstin və İordaniyadan gətirilib.
2025-ci ildə xurma Azərbaycana aşağıdakı ölkələrdən idxal edilib:
İran – 6 312,02 ton (1 kq orta gömrük dəyəri 1,15 dollar);
Tunis – 1 385,02 ton (1,85 dollar);
İsrail – 190,16 ton (7,58 dollar);
Əlcəzair – 187,6 ton (1,86 dollar);
Fələstin – 159,9 ton (7,73 dollar);
Səudiyyə Ərəbistanı – 128,8 ton (3,23 dollar);
Misir – 51,01 ton (5,92 dollar);
Birləşmiş Ərəb Əmirlikləri – 35.79 ton (3,55 dollar);
İordaniya – 19 ton (7,67 dollar);
Çin – 12,3 ton (1,91 dollar);
Hindistan – 0,09 ton (7 dollar);
Türkiyə – 0,09 ton (10 dollar);
Almaniya – 0,04 ton (7,75 dollar);
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz