Multikulturalizm Mərkəzinin 88 888 manatlıq tenderini bu şirkət uddu


Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin keçirdiyi tender müsabiqəsinin qalibi “RR Travel Company” MMC (VÖEN – 1305786331) olub.
Yeniavaz.com
xəbər verir ki, Multikulturalizm Mərkəzi “RR Travel Company” MMC-yə 17-ci Beynəlxalq Multikulturalizm Qış Məktəbinin təşkili münasibətilə tədbirlərin keçirilməsi xidmətlərinin satınalınmasına görə 88 min 888 manat ödəyəcək.
Məlumat üçün bildirək ki, 10 manat nizamnamə kapitalı olan “RR Travel Company” MMC-nin qanuni təmsilçisi Günəş Şirvanskaya Yəhya qızıdır.
Şirkət 21 noyabr 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Yasamal rayonu, Mirəli Seyidov, ev 35. M. 3-də yerləşir.
Qeyd edək ki, “RR Travel Company” MMC turizm şirkətidir və əsasən xarici ölkələrə turizm səfərlərinin təşkili üzrə ixtisaslaşıb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top