Neymar 2026-cı ildə karyerasını başa vura bilər – Özü açıqladı


Braziliyanın “Santos” klubunun hücumçusu Neymar 2026-cı ildə karyerasını başa vura bilər
Yeniavaz.com
xəbər verir ki, o bu barədə “Caze TV”yə müsahibəsində bildirib.
“Gələcəkdə məni nə gözlədiyini bilmirəm. Dekabr ayında karyeramı başa vura biləcəyimi istisna etmirəm. Mən bu günlə yaşayıram. 2026-cı il həm mənim üçün, həm “Santos” klubu üçün, həm də Braziliya millisi üçün həlledici olacaq”, - Neymar qeyd edib.
Qeyd edək ki, Neymarın “Santos” klubu ilə müqaviləsi 2026-cı ilin dekabr ayının sonunda başa çatır.
Xatırladaq ki, Braziliya milli komandası 2026-cı ilin yayında Dünya Çempionatında mübarizə aparacaq.

DİGƏR XƏBƏRLƏR

Top