Sosial Tədqiqatlar Mərkəzi MEDİA-ya birləşdirildi – Fərman


“Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs “Sosial Tədqiqatlar Mərkəzi” publik hüquqi şəxsin ona qoşulması yolu ilə yenidən təşkil edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.
Fərmanla həmçinin, “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi” publik hüquqi şəxs Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ona qoşulması yolu ilə “Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi” publik hüquqi şəxs qismində yenidən təşkil edilib.

DİGƏR XƏBƏRLƏR

Top