Lavrov Əraqçi ilə danışdı


Rusiya xarici işlər naziri Sergey Lavrov və İran xarici işlər naziri Abbas Əraqçi arasında telefon danışığı olub.
Yeniavaz.com
Rusiya Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, tərəflər İranın nüvə proqramı ilə bağlı mövcud vəziyyəti, o cümlədən Cenevrədə keçirilən ABŞ-İran təmaslarının nəticələrini müzakirə ediblər.
Telefon danışığı İran tərəfinin təşəbbüsü ilə baş tutub.
Rusiya Xarici İşlər Nazirliyi əlavə edib ki, Rusiya tərəfi Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin prinsiplərinə uyğun olaraq, İranın qanuni hüquqlarına hörmətlə yanaşılmaqla ədalətli siyasi və diplomatik həllər tapmağa istiqamətlənmiş danışıqlar prosesinə dəstəyini təsdiqləyib.
Bundan əlavə, söhbət zamanı qarşılıqlı maraq doğuran ikitərəfli məsələlər barədə də fikir mübadiləsi aparılıb.

DİGƏR XƏBƏRLƏR

Top