ABŞ nüvə sazişində nəticə əldə etmək üçün İrana məhdud zərbə endirə bilər


ABŞ Prezidenti Donald Tramp Tehranı Vaşinqton üçün əlverişli nüvə sazişinin şərtlərini qəbul etməyə razı salmaq və eyni zamanda, ciddi cavab tədbirlərinə səbəb ola biləcək tammiqyaslı hücumdan yayınmaq üçün İrana məhdud zərbə endirməyi nəzərdən keçirir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti mənbələrə istinadla məlumat yayıb.
Onların məlumatına görə, belə bir zərbə bir neçə gün ərzində həyata keçirilə bilər. Bu zərbə İranın hərbi və dövlət obyektlərini hədəf ala bilər.
Nəşrin iddiasına görə, əgər Tehran Vaşinqtonun uranın zənginləşdirilməsini dayandırmaq tələblərini yerinə yetirməkdən imtina edərsə, ABŞ potensial olaraq İran hökumətini devirmək məqsədi daşıyan genişmiqyaslı hərbi kampaniyaya başlayacaq.
Qəzet qeyd edir ki, Amerika lideri hələ İrana hücumla bağlı yekun qərar verməyib. Ağ Evin mətbuat katibinin müavini Anna Kelli “The Wall Street Journal”a bildirib ki, yalnız Prezident Tramp bu məsələdə nə edə biləcəyini və ya nə edə bilməyəcəyini bilir.
Qeyd edək ki, bundan əvvəl Tramp İranla razılığa gəlmək üçün maksimum 15 gün vaxtının olduğunu bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top