“Barselona” Alvaresi transfer edəcək – Bu tarixdə


“Atletiko Madrid”in hücumçusu Xulian Alvares 2026-cı il Dünya Çempionatından sonra “Barselona”ya keçəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Touchline” qəzeti “TyC Sports” telekanalının jurnalisti Hyu Balassona istinadla məlumat verib.
Məlumata görə, argentinalı hücumçunun potensial transfer qiyməti təxminən 70 milyon avro ola bilər.
Mənbənin məlumatına görə, 26 yaşlı futbolçu kuboklar qazana biləcəyi bir komandaya keçmək istəyir.
Qeyd edək ki, Alvares 2024-cü ilin yayından bəri “Atletiko Madrid”də oynayır. Bu mövsüm argentinalı bütün turnirlərdə 35 oyunda meydana çıxıb, 13 qol vurub və 6ı məhsuldar ötürmə edib.
Onun klubla hazırkı müqaviləsi 2030-cu ilin yayına qədərdir.
“Transfermarkt”ın məlumatına görə, Alvaresin transfer qiyməti 100 milyon avrodur.

DİGƏR XƏBƏRLƏR

Top