AQTA bu şirkətdən 1,5 milyona ofis icarəyə götürüb


Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Faktor Qrup-S-1” QSC (VÖEN – 1604133621) ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu ilə imzalanan müqaviləyə görə, “Faktor Qrup-S-1” QSC AQTA-ya qeyri-yaşayış sahələri icarəyə verəcək.
AQTA icarəyə götürəcəyi qeyri-yaşayış sahəsi üçün bir il müddətinə 1 milyon 460 min 887 manat 20 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, “Faktor Qrup-S-1” QSC “Faktor Qrup-S” QSC-nin yenidən təşkili nəticəsində yaradılıb. Hər iki şirkətin hüquqi ünvanı Heydər Əliyev pr. ev 189-da yerləşir. “Faktor Qrup-S-1” QSC 2020-ci ildə, “Faktor Qrup-S” QSC isə 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Bundan başqa daha bir şirkət – “Company FSL” MMC (VÖEN – 1405481101) fəaliyyətinə xitam verərək “Faktor-Qrup-S-1” QSC-yə birləşib.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top