Pul bazasındakı artım ÜDM artımını üstələyib


Bu ilin fevral ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda pul bazası 22 milyard 545,3 milyon manata çataraq indiyədək qeydə alınan ən yüksək səviyyəyə yüksəlib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, son bir il ərzində pul bazası 2,4 milyard manat və ya təxminən 12% artıb.
Qeyd edək ki, pul bazası dövriyyədə olan nağd vəsaitləri və bank sistemində saxlanılan ehtiyatları əhatə edir.
Eyni dövrdə Azərbaycanda mal və xidmət istehsalını ifadə edən ümumi daxili məhsul (ÜDM) artımı 1,4% təşkil edib.
Beləliklə, pul bazasındakı artım tempi ÜDM artımını 10,6 faiz bəndi üstələyib.
Xatırladaq ki, pul kütləsi ilə iqtisadi artım arasındakı fərqin genişlənməsi bəzi hallarda qiymətlərin artmasına səbəb ola bilər.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top