ABŞ Ukraynaya yardımı 40 dəfədən çox azaltdı – Pentaqon


ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsi ABŞ-nin 2022-2024-cü illərlə müqayisədə 2025 və 2026-cı illərdə Ukraynaya yardımı 44 dəfə azaltdığını aşkar edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Pentaqonun baş müfəttişləri, Dövlət Departamenti və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin ofisləri tərəfindən Konqres üçün birgə hazırlanmış və 19 fevralda dərc olunmuş hesabatda bildirilib.
Sənəddə Vaşinqtonun 1 iyul - 31 dekabr 2025-ci il tarixlərində Kiyevi dəstəkləmək üçün həyata keçirdiyi hərəkətlər, eləcə də NATO-nun şərq cinahını gücləndirmək və ABŞ-nin Avropadakı hərbi mövcudluğunu artırmaq məqsədi daşıyan “Atlantic Resolve” əməliyyatı təhlil edilir.
Sənəddə göstərilir ki, 2022, 2023 və 2024-cü illərdə Ukraynaya müxtəlif hərbi və maliyyə yardım proqramları üçün ümumilikdə 183 milyard 58 milyon dollar ayrılıb. 60 milyard 78 milyon dollarlıq sonuncu böyük paket ABŞ Konqresi tərəfindən 2024-cü ilin aprelində təsdiq edilib.
Hesabat müəllifləri qeyd edirlər ki, o vaxtdan bəri maliyyə “nisbətən az miqdarda” ayrılıb.
Xüsusilə, 2025-ci ildə onun həcmi 3,92 milyard dollar təşkil edib. 2026-cı maliyyə ili üçün isə yalnız 220 milyon dollar məbləğində yardım göstərilir.

DİGƏR XƏBƏRLƏR

Top