
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) Vinisius qalmaqalı ilə bağlı “Prestianni Qanunu”nun tətbiqini nəzərdən keçirir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, FIFA-nın əsas müzakirə mövzusu rəqiblərini təhqir edərkən bunu gizlətməyə çalışan oyunçuların cəzalandırılması məsələsi olacaq.
Qeyd edək ki, “Benfika” və “Real Madrid” (0-1) arasında Çempionlar Liqasının pley-off matçında “Benfika”nın cinah oyunçusu Canluka Prestianni ilə “Real Madrid”in hücumçusu Vinisius Junior arasında münaqişə baş verib.
Belə ki, Prestianni ağzını köynəyi ilə örtərək, danışıb. Matçdan sonra Prestianninin Vinisiusu irqçilik zəminində təhqir etdiyi barədə məlumatlar yayılıb. Xüsusilə, “Real Madrid”in hücumçusu Kilian Mbappe “Benfika” futbolçusunun Vinisiusa beş dəfə “meymun” dediyini bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz